Virtual Təcrübə Proqramı-2021

Böyük marağa səbəb olan "VTP'21" proqramı yenilənmiş Virtual Təcrübə Proqramı ilə qarşınızdadır. Siz də bu marafonun iştirakçılarından biri olmaq üçün qeydiyyatdan keçməyə tələsin.

Özgün Yapı Sanayi ve Ticaret A.Ş. yeni il üçün tamamilə yenilənmiş və daha əhatəli "VTP'21" adlı Yay təcrübə proqramı layihəsini elan edir. Rəqəmsal mühitin üstünlüklərindən yararlanaraq, öyrənərək təcrübə qazanmağa və karyeranızda ilk addımı atmağa sizləri dəvət edirik. Bu fürsətdən yararlanmağın tam zamanıdır.

Haqqımızda
hero-2

Haqqımızda

Özgün Yapı Sanayi ve Ticaret A.Ş.

“Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi” başda inşaat olmaqla, enerji, kənd təsərrüfatı, heyvandarlıq, sığorta və digər xidmət sektorlarında 11 şirkət və 10 minə yaxın işçisi ilə fəaliyyət göstərməktədir. Şirkətin Azərbaycan Respublikasındakı Filialı 2013-cü ildə qeydiyyata alınaraq öz fəaliyyətinə başlamışdır. Fəaliyyətə başladığımız ilk dövrdən şirkətimizin əsas hədəfi yol tikintisinin inkişafında böyük uğurlara nail olmaq olmuşdur. Əsasən yol və körpü tikintisi layihələrini həyata keçirən şirkətimiz əcnəbi və yerli mütəxəssislərin peşəkarlığı nəticəsində bu sahədə öz üslubu ilə fərqlənir. Bununla yanaşı komandamız sosial məsuliyyət prinsipi ilə çıxış edərək ilkin mərhələdə real təcrübə proqramlarına başlamış, pandemiya dövrü ilə əlaqədar olaraq yeni layihələri onlayn şəkildə təşkil etməyi qərara almışdır. Bunun üçün 2020-ci il 21 oktyabr-21 dekabr tarixləri aralığında "Virtual Təcrübə Proqramı" layihəsini həyata keçirmişdir. Daha sonra 2021-ci il üçün davamlı şəkildə virtual təcrübə proqramları keçirməyi hədəfləmişdir. Belə ki, böyük maraqla qarşılanan VTP'21 Yaz proqramını bitirmiş və yenilənmiş VTP'21 Yay Proqramı ilə qarşınızdadır.

Təcrübə Sahələri

Təcrübə Proqramının məqsədi gənclərə öz ixtisasları və ya digər sahələr üzrə təcrübə qazanmaq imkanı yaratmaq, gələcək kariyeralarında müvəffəqiyyətə nail olmalarını təmin edəcək bacarıqları və özgüvəni inkişaf etdirmələrinə yardım etmək, cəmiyyətdə ixtisaslı kadrların formalaşmasına dəstək olmaqdır.

data-info
İnformasiya Texnologiyaları
human
İnsan Resursları
accounting
Mühasibatlıq
agreement
Satınalma/Logistika

Təcrübəçilərə tələblər

  • orange    Son kurs tələbələri və ya yeni məzun olmuş şəxslər
  • Orange    Ünsiyyət qurma bacarığı
  • Orange    Komandada işləmə bacarığı
  • Orange    Daim öyrənmək həvəsi
  • Orange    İş təcrübəsi olmayan namizədlər müraciət etsin.
  • Orange    Şəhid və Qazi ailəsinin üzvlərinə üstünlük veriləcəkdir.
img-2

Təcrübə Proqramından əldə edəcəkləriniz

  • Purple    Proqram müddətində müxtəlif təlimlərdə ödənişsiz iştirak
  • Purple    Məşhur şirkətlərin CEO-ları ilə onlayn görüşlər
  • Purple    Real iş təcrübəsi
  • Purple    Bitirmə sertifikatı
  • Purple    İş imkanı
img-3

VTP'21 Yay

Öncəki Layihənin Statistikası

0

Namİzəd

0

İştİrakçı

0

Vebİnar

0

Tapşırıq

0

Rəhbərlə görüş

0

Praktİkİ Görüş

İstifadə olunacaq platformalar

Tətbiqlər haqqında qısa məlumatlar.

Proqramın Tərkibi

Proqram müddətində ediləcəklərin yol xəritəsi

Sahələr üzrə bölgü

Proqram müddətində ilk mərhələdə təcrübəçilərin seçmiş olduğu alt proqramlar üzrə bölgüsü aparılacaq. Onlayn formada qruplar (komandalar) yaradılacaq. Sahələr üzrə bölgü aparıldıqdan sonra hər bir şöbə iştirakçısı digər bölmələr üçün təşkil ediləcək onlayn görüşlərdə və tapşırıqlarda da iştirak edə biləcək.

Tapşırıqlar

Bu mərhələdə təcrübəçilər iş mühiti ilə tanış olmaq imkanı əldə edəcəklər. Şirkətin idarəetmə sistemi ilə və real iş axışlarının (workflows) gedişatı ilə tanış ola biləcəklər. İş mühitində onlayn olaraq yerinə yetirilməsi mümkün olan tapşırıqlar veriləcək və layihə idarəetməsi şəklində davam edəcək.

Təlimatlandırma

Hər bir qrup üzrə mentorlar fəaliyyət göstərəcək. Layihə və tapşırıqların tətbiqi zamanı mentor tərəfindən anlıq olaraq və digər zamanlarda təlimatlar veriləcək. Layihələr və tapşırıqlar zamanı yaranan sualları mentorlara ünvanlandıra bilərsiniz.

Təqdimetmə

Verilmiş tapşırıqların tamamlanma mərhələsi təqdimetmə və qiymətləndirmə ilə bitəcək. Qiymətləndirmə şirkət rəhbərliyi və mentorlar tərəfindən, eləcə də komanda üzvləri tərəfindən aparılacaq. Hər bir qiymətləndirmədə təcrübəçilər özləri də iştirak edə biləcəklər.

    
        

İştirakçı Fikirləri

VTP'20 və VTP'21 Yay təcrübə proqramında iştirak edənlərin layihə haqqında düşüncələri